Netanyahudan gərginliyi artıracaq açıqlama

© © Emil Salman / Haaretz Pool via APБиньямин Нетаньяху, фото из архива
Биньямин Нетаньяху, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.05.2021
Abunə olmaq
"HƏMAS"-ın silahlı qanadı olan "İzzəddin al-Kassam briqadası" Qərbi Şəriyədə yaşayan fələstinliləri İsrailə qarşı üsyana çağırıb.

BAKI, 15 may — Sputnik. İsrail baş naziri Binyamin Netanyahu hələ bitməyib deyərək Qəzza sektoruna hücumları davam etdirəcəklərini açıqlayıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Netanyahu Qəzza sektorunda gərginliyi artıracaq açıqlamalar verib.

"Hələ bitməyib. Şəhərlərimizin və vətəndaşlarımızın təhlükəsizliyini bərpa etmək üçün hər şeyi edəcəyik", - deyə Netanyahu bildirib.

"HƏMAS"-ın silahlı qanadı olan "İzzəddin al-Kassam briqadası" Qərbi Şəriyədə yaşayan fələstinliləri İsrailə qarşı üsyana çağırıb.

Xatırladaq ki, Qəzza zolağındakı fələstinli müqavimət qrupları İsrail polisinin işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxması üçün 10 may yerli vaxtla 18:00-a qədər müddət verib.

İsrail polisinin Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxmamasına görə fələstinli müqavimət qrupları İsrailə çoxlu sayda raket atıb.

İsrail ordusu öz növbəsində Qəzza zolağında hərbi əməliyyat başladıldığını elan edib.

 

Xəbər lenti
0