CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saatlıda gecələr fəaliyyət göstərən çayxana aşkar olunub

© Sputnik / Murad OrujovЛюди в чайхане, фото из архива
Люди в чайхане, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.05.2021
Abunə olmaq
Çayxananın icarədarı və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər gorulub.

BAKI, 14 may - Sputnik. Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumata əsasən, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, çayxananın icarədarı X.Əkbərov və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər gorulub.

Xəbər lenti
0