SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Cozep Borrell: Aİ Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti yaxından izləyir

© © JOHANNA GERON / POOL / AFPЖозеп Боррель, фото из архива
Жозеп Боррель, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.05.2021
Abunə olmaq
Avropa İttifaqının Ali Nümayəndəsi Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı bəyanat yayıb.

BAKI, 14 may - Sputnik. Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə əlaqədar bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda qeyd olunub ki, Aİ Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti yaxından izləyir.

"Mənim adımdan Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino mayın 13-də Ermənistan xarici işlər naziri Ara Ayvazyan, mayın 14-də isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla əlaqə saxlayaraq, hər iki tərəfi son dərəcə təmkinli olmağa və vəziyyəti gərginləşdirməməyə çağırıb. Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar ATƏT Sədrliyi ilə əlaqə saxlayıb", bəyanatda qeyd olunub.

Aİ-nin Ali Nümayəndəsi bildirib ki, sərhədin delimitasiyası və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həll olunmalıdır: "Biz iki tərəf arasında texniki səviyyədə davam edən təmasları alqışlayırıq. Aİ münaqişənin hərtərəfli həllini dəstəkləyir və hər iki ölkəni regiondakı sabitliyi qoruyaraq sülh yolu ilə həlli tapmağa təşviq edir".

Xəbər lenti
0