BAKI, 13 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 13-də Şuşada Yuxarı Gövhərağa məscidində olublar.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məsciddə görülən işlərlə bağlı məlumat verildi.
Qeyd edək ki, Prezident və ailəsi mayın 12-dən Şuşadadırlar. Onlar Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarı-bülbül" festivalının açılışında iştirak ediblər.
Bu gün saat 9-da Şuşada, Yuxarı Gövhərağa məscidində bayram namazı qılınıb.
Eləcə də oxuyun:
* "Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm" - İlham Əliyev
* İlham Əliyev “Xarıbülbül” festivalının açılışında çıxış edib
* Şuşada bayram namazı - VİDEO
Azərbaycana aid digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalında rus dilində oxuyun.