BAKI, 13 may - Sputnik. "Sloveniyada II Dünya Müharibəsi zamanı sloveniyalı partizanların sıralarında vuruşan Qırmızı Ordu əsgərlərinə qoyulan abidənin açılışı olub. Azərbaycan tarixçisi İlham Abbasov tərəfindən Rusiya arxivlərində aparılan araşdırmalar sayəsində Qırmızı Ordunun 16 döyüşçüsünün şəxsiyyətləri məlum olub”.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
M. Zaxarova qeyd edib ki, onlar 1945-ci ilin yazında Aydovşina şəhərinin kənarında həlak olublar və Sloveniyanın antifaşist müqaviməti hərəkatının digər iştirakçıları ilə birlikdə onların şəxsiyyəti müəyyənləşdirilib. Onlar Sloveniya antifaşist müqaviməti hərəkatının digər üzvləri ilə birgə qardaşlıq məzarlığında dəfn ediliblər.
M. Zaxarova Qırmızı Ordu əsgərlərinin adlarının yenilənən memorial üzərində həkk edildiyini söyləyib: “Açılış mərasimində Rusiyanın Sloveniyadakı səfiri Timur Eyvazov, Aydovşinanın meri və yerli hakimiyyət nümayəndələri iştirak ediblər. Bu hadisəni Rusiya və Sloveniya tarixinin ortaq səhifələrinə hörmət, tarixi yaddaşın qorunmasında mövqelərimizin təsdiqlənməsi kimi qiymətləndiririk. Azərbaycandan olan dostumuza xüsusi təşəkkürümüzü bildiririk".
Eləcə də oxuyun:
* Azərbaycan və Rusiya XİN başçılarının görüşünün təfərrüatı açıqlanıb
* Nazir Ceyhun Bayramov: “Bu addımlar üçtərəfli bəyanatın yerinə yetirilməsinə mane olur”
* "Almanlar az qala Bakını ələ keçirə bilərdilər" - 100 yaşlı veteran
* Heç kim unudulmur: Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi belə yad edildi