CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad olunmuş ərazilərə keçmək istəyənlər tənbehlə canlarını qurtardılar

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAğdamda polislər
Ağdamda polislər  - Sputnik Azərbaycan, 1920, 13.05.2021
Abunə olmaq
Saxlanılan şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılmaqla, hər biri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

BAKI, 13 may - Sputnik. Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, mayın 12-də saat 18 radələrində Ağdam rayonunun Təzəkənd ərazisində qurulmuş nəzarət postundan yayınaraq xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərməklə “UAZ” markalı avtomaşında olan 5 nəfər işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib.

Həmin şəxslərin saxlanılması təmin edilərək Ağdam Rayon Polis Şöbəsinə gətiriliblər. Saxlanılan şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılmaqla, hər biri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Eləcə də oxuyun: 

Qarabağa keçmək istəyən Bərdə sakini polisi avtomobillə vurdu

* Səbinə Əliyeva Ermənistan ombudsmanı barədə BMT və AŞ komissarlarına məktub göndərib

Evimizə gedən yolu açmaq üçün həyatlarını təhlükəyə atanlar

 

Xəbər lenti
0