Şuşada atəşfəşanlıq olub - VİDEO

© AR Ministry of DefenceКрепостные стены в городе Шуша
Крепостные стены в городе Шуша - Sputnik Azərbaycan, 1920, 12.05.2021
Abunə olmaq
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün Instagram səhifəsində Şuşada atəşfəşanlığın videogörüntüsünü paylaşıb.

BAKI, 12 may - Sputnik. "Arzular gerçəkləşir! Bütün Azərbaycan xalqını təbrik edirəm!#QarabağAzərbaycandır #Şuşa".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün Instagram səhifəsində yazıb.

Mehriban Əliyeva Şuşada atəşfəşanlığın videogörüntüsünü də paylaşıb.

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayıb. Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçirilən festival mayın 12-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə start götürüb. 

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilib. 

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

Prezident İlham Əliyev, Vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri də festivalın fəxri qonaqları olublar. 

Xəbər lenti
0