BAKI, 12 may - Sputnik. Mayın 11-də saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Gədəbəy rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılmış araşdırma zamanı Gədəbəy rayon sakinləri - 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri məlum olub.
Nəticədə Kamran Namazovun ağır dərəcəli bədən xəsarəti alması, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır. Bir qədər əvvəl isə yerli KİV-lər Gədəbəy rayonunun Əyridərə kənd sakini, 1995-ci il təvəllüdlü Namazov Kamran Aydın oğlunun Ermənistanla sərhəd hissədə göbələk yığan zaman minaya düşdüyünü xəbər vermişdi.
Həmçinin oxuyun: