BAKI, 12 may - Sputnik. Mingəçevirdə kütləvi dava olub. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Mingəçevir şəhərində bir qrup şəxs arasında başlayan mübahisə sərt münaqişəyə çevrilib.
Nəticədə şəhər sakinləri - 1980-ci il təvəllüdlü Eyyubov Məhəmməd Nizami oğlu 3 bıçaq xəsarəti alıb, 2004-cü il təvəllüdlü Əsədov Bürhan Yavər oğlunun isə baş nahiyəsinə küt alətlə zərbə vurulub.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.