BAKI, 12 may - Sputnik. Mayın 10-dan Qəzza zolağından İsrailə mindən çox raket atılıb.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Yonatan Konrikus keçirdiyi brifinq zamanı bildirib.
O qeyd edib ki, fələstinli islamçılara qarşı İsrail Müdafiə Qüvvələrinin əməliyyatı artıq 38 saatdan çoxdur davam edir.
"Bu müddət ərzində İsrail ərazisinə 860 raket atılıb ki, bu raketlər sərhədi keçib və təxminən 200 raket sərhəd hasarını keçmədən sektor ərazisində partlayıb", - deyə Konnrikus bildirib.
Həmçinin oxuyun:
Təl-Əviv qan içindədir: Radikalların atdığı raketlərdən biri avtobusu partladıb