Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ələt Azad İqtisadi Zonasından hansı gözləntilər var – iqtisadçı danışır

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, hədəf xarici investisiyanın cəlb edilməsi və Ələt dəniz limanın potensialından tam istifadə etməkdir
Rəşad Həsənov: “Ələt Azərbaycana qoyulacaq investisiyaların əsas mənbəyi olacaq”

“Ələt Azad İqtisadi Zonasının 2022-ci ilin iyul ayından fəaliyyətə başlayacağı gözlənilir”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklikləri I oxunuşda təqdim edərkən deyib.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, Ələt Azad İqtisadi Zonası xarici investorlara hədəflənmiş bir layihədir: “Bu iqtisadi zona xüsusi qanunlar çərçivəsində idarə olunacaqdır. Bu zonadakı iqtisadi fəaliyyət əlahiddə hüquqlara malik olacaq. Əvvəl də qeyd etdiyim ki, hədəf xarici investisiyanın cəlb edilməsi və Ələt dəniz limanın potensialından tam istifadə etməkdir. Hər hansı neqativ hal yaşanmasa bu iqtisadi zona 2022-ci ildən sonra Azərbaycana qoyulacaq investisiyaların əsas mənbəyi olacaq. Burada istehsal olunan məhsullar öz üzərinə lokomotiv rolunu götürə bilər”.

Rəşad Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0