Təl-Əviv qan içindədir: Radikalların atdığı raketlərdən biri avtobusu partladıb

© AFP 2024 / MAHMUD HAMSАвиаудар Израиля по сектору Газа
Авиаудар Израиля по сектору Газа - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
Tel-Əvivə və İsrailin mərkəzinə doğru 130 raket zərbəsi endirilib. Raket atəşləri nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

BAKI, 11 may - Sputnik. Fələstinin “Həmas” radikal qrupuna daxil olan “İzzəddin Əl-Qəssam briqada”sının Tel-Əvivə atdığı raketlərdən biri avtobusu partladıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Twitter səhifəsində məlumat yayıb.

Qeyd edilib ki, avtobus boş olduğundan itki qeydə alınmayıb. Reuters-in İsrail Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumatda isə bildirilib ki, Tel-Əvivə və İsrailin mərkəzinə doğru 130 raket zərbəsi endirilib. Raket atəşləri nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, bir neçə gündür, İsrail Qəzza zolağı ilə sərhəddə problem yaşayır. Mayın 10-da isə Qüds şəhərində fələstinlilərlə polis arasında qarşıdurma böyüyüb, xeyli insan yaralanıb.

Qəzza zolağından İsrail ərazisinin raket atəşinə tutulmasına cavab olaraq İsrail ordusu qarşı tərəfi aviabombardmana məruz qoyub.

Həmçinin oxuyun: 

İsrail Həmas və "İslami Cihad"ın mövqelərinə 80 təyyarə ilə zərbələr endirib

İsrail Tel-Əvivdə bomba sığınacaqlarını açmağa məcbur oldu

Müsəlmanların ilk qibləsində qan düşdü: yaralı sayı artır - VİDEO

Xəbər lenti
0