Azərbaycanın tanınmış fırça ustası koronavirusdan vəfat edib

© Photo : TRENDЭльдар Зейналов, фото из архива
Эльдар Зейналов, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
Rəssam 4 ildir Türkiyənin Aydın bölgəsinin Karacasu Bələdiyyə başqanı Zeki İnalın dəvəti ilə rəsm işləri üçün Karacasu rayonuna getmişdi və orada işləyirdi.

BAKI, 11 may - Sputnik. Azərbaycan əsilli görkəmli rəssam və memar, professor Eldar Zeynalov Türkiyədə koronavirusdan vəfat edib.

Sputnik Azərbaycan Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, rəssam 4 ildir Türkiyənin Aydın bölgəsinin Karacasu Bələdiyyə başqanı Zeki İnalın dəvəti ilə rəsm işləri üçün Karacasu rayonuna getmişdi və orada işləyirdi. O, aprelin 25-də koronavirus diaqnozu ilə Nazilli dövlət xəstəxanasına yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, rəssam mayın 11-də vəfat edib.

Zeynalovun ölümünü Karacasu bələdiyyə başqanı Zeki İnal özünün sosial media hesabından bildirib.

"Bələdiyyəmizin fasadında rəsm işləri görən azərbaycanlı rəssam və memar, professor Eldar Zeynalov COVİD-19 səbəbi ilə müalicə aldığı Nazilli Dövlət Xəstəxanasında həyatını itirib. Dəyərli sənətçimizə Allahdan rəhmət, yaxınlarına və sevənlərinə səbr arzulayıram", - İnal yazıb. 

Qeyd edək ki, Eldar Zeynalov 1961-ci ildə Naxçıvan şəhərində doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji texnologiya Akademiyasını bitirib. Rəssam uzun illər İtaliyada yaşayıb. Onun əsərləri İtaliyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Yaponiyada, Avropa ölkələrində, Türkiyədə, Pakistanda, İranda və digər ölkələrdə sərgilənib.

O, klassik təsviri sənətin müasir nümayəndəsi hesab olunurdu. 

Xəbər lenti
0