Azərbaycan bazarlarında GMO-dan da təhlükəli məhsullar var

© Sputnik / Murad OrujovРабота супермаркета в Баку за день до ужесточения карантина
Работа супермаркета в Баку за день до ужесточения карантина - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
"Meyvəli" bazarından gətirilən, şəhərin mərkəzində satılan qarpızların ekspertizasını etmişəm. Onlarda nitritlərin miqdarı həddindən artıq çox çıxıb" - Eyyub Hüseynov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Son illər xəstəliklərin, ölümlərin sayının artmasının səbəblərindən biri də qida məhsulların keyfiyyətsiz olması ilə əlaqədardır. Hazır, paketlənmiş qidalarla yanaşı bəzi kənd təsərrüfatı məhsulları da təhlükə mənbəyi hesab olunur. "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-ın bu barədə suallarını cavablandırıb.

© Sputnik / Murad Orujov"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov
Azərbaycan bazarlarında GMO-dan da təhlükəli məhsullar var - Sputnik Azərbaycan, 1920, 11.05.2021
"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov

- Genetik Modifikasiya Olunmuş (GMO) məhsulları son illər Azərbaycan bazarlarında da görmək mümkündür, baxmayaraq ki, rəsmilər bunu inkar edirlər. Ümumiyyətlə, GMO-nu müəyyən etmək üçün hansısa üsullar varmı?

- GMO-nu müəyyən etmək üçün bəzi nüanslar var. Bitkilər elə yaradılıb ki, onun toxumundan yeni nəsil yetirir, canlı aləm mövcudluğunu davam etdirir. Toxumundan cücərməyən məhsullar isə bizim nöqteyi-nəzərimizcə GMO məhsullardır. Bu işi görənlər toxum sənayesini öz əllərində saxlamaq istəyirlər. Təsadüfi deyil ki, Azərbaycan tütünçüləri, soğan istehsalçıları və digər bu kimi məhsulları yetişdirən fermerlər bu bitkilərin toxumlarını bazardan daha baha almaq məcburiyyətindədirlər. Toxum sənayesi genetik modifikasiya olunmuş mal istehsal edənlərin inhisarındadır və bütün dünyada vəziyyət belədir. Ümumdünya Ticarət Təşkilatı da GMO-nun yayılmasında maraqlıdır. Amma çox yaxşı haldır ki, Azərbaycan artıq neçə illərdir bu təşkilata üzv olmaqdan çəkinir. Dəfələrlə bizim birliyimizə ÜTT-nin nümayəndələri gəlib və onlar mənim fikrimi dəyişməyə çalışıblar.

- Demək olarmı ki, Azərbaycanda da kifayət qədər GMO əkin sahələri var?

- Birlik sədri kimi Avropa İttifaqının maliyyələşdirdiyi layihənin iştirakçısı olaraq GMO ilə bağlı məlumatlara sahib olmuşam. Azərbaycanda da kifayət qədər GMO əkinçiliyi var. Tovuzda soğan plantasiyasına alağı təmizləmək üçün herbisid verilir. Bu herbisidlər orada min illərdir bitən bitkiləri məhv edir. Bu o deməkdir ki, soğanın həmin herbisidə qarşı davamlılığı var, yəni GMO-dur.

- Elə bəzi mövsümi meyvələrin də GMO olduğu deyilir

- Baxın, piştaxtalarda olan çiyələklər böyükdür, cəlbedicidir. Onlar sırf bazar üçün hazırlanıb. Azərbaycanda bazar üçün yetişdirilən çiyələklərin əksəriyyəti, eyni zamanda da qarpızlar GMO-dur.

Продукты на прилавке маркета - Sputnik Azərbaycan, 1920, 18.07.2019
CƏMİYYƏT
GMO olan və olmayan məhsullar - Doğru bildiyimiz yanlışlar

Təəssüflər olsun ki, ölkədə GMO-nun lobbiçiliyini aparan qüvvələr var. Bu qüvvələr ÜTT-nin dediklərini təkrarlayırlar və bildirirlər ki, belə məhsullar dünyanı aclıqdan xilas edir. Düzdür, dünyada aclıq problemi olsa da, Azərbaycanın belə məhsullara ehtiyacı yoxdur.

- İki fikir formalaşdırılır: həm deyirlər GMO ziyanlıdır, həm də deyirlər ziyansızdır. Hansı fikrin tərəfdarları daha doğrunu deyirlər? 

- GMO-nun ziyanı yoxdursa, o zaman BMT-nin ətraf mühitinin biomüxtəlifliyinin qorunmasına dair sənədi nəyə lazımdır? Həmin sənəddən irəli gələrək Azərbaycanın da ratifikasiya etdiyi Kartogen protokolu nəyə lazımdır? Ölkə başçısının GMO-nun məhdudlaşdırılmasına dair fərmanları belə çıxır ki, əhəmiyyətini itirir.

- Laboratoriyalar haqda nə deyə bilərsiz? 

- Azərbaycanda GMO-nu təyin edən 3 laboratoriya var. Neçə illərdir ki, bu laboratoriyalar partizan kimi susurlar. 8 il öncə mən xaricdən bilərəkdən 4 GMO hesab edilən məhsul gətirdim. Hazırda da bu məhsulların nümunələri otağımda qalır. Azərbaycanda laboratoriyaları test etmək üçün bu məhsulları anonim qablara yığaraq laboratoriyalara verdim. Dövlət Gömrük Komitəsinin laboratoriyasından cavab olaraq bildirildi ki, hər şey yaxşıdır, GMO yoxdur. Amma halbuki məhsulun istehsalçısının qeydi var ki, məhsul GMO-dur. Başqa laboratoriya GMO-nu müəyyən edə bildi. Bundan sonra Azərbaycan laboratoriyalarının səsi bir daha eşidilmir.

Председатель Союза свободных потребителей Эюб Гусейнов - Sputnik Azərbaycan, 1920, 29.03.2020
GMO məhsulları necə müəyyən etmək olar

Hesab edirəm ki, ölkəmizdə GMO irəliləyir. GMO laboratoriyaları partizanlıqdan əl çəkməli, şübhəli mallarla bağlı obyektiv ekspertiza aparılmalıdır. Malların təhlükəsizliyinə təminat verən, monitorinq aparan orqan sertifikat vermək funksiyasından əl çəkməlidir. Necə ola bilər ki, bir mal ölkəyə idxal olunsun və birliyimiz tərəfindən verilən nümunəyə laboratoriyada GMO deyilsin?! Azərbaycan Qida Təhülkəsizliyi Agentliyində İctimai Şuranın sədri olaraq bu məsələləri daimi olaraq gündəmə gətirirəm. Tumu olmayan, yaxud da tamamən az olan qarpızlar da GMO hesab edilir. Həmçinin içində toxumu olmayan badımcanlar da GMO hesab edilir. Yəni, istehlakçılar belə mallar gördükdə ondan şübhələnə bilərlər.

- Problemi necə həll etmək olar?

- Əslində GMO olan məhsullara xüsusi don geydirilir, deyilir ki, guya calaq, hibriddir. Bu məhsulların fəsadları çoxdur. GMO tərkibli mallar ekoloji təmiz hesab edilmir. Laboratoriyalar şəffaf fəaliyyət göstərməlidirlər ki, bu məsələlər həllini tapsın.

- Hər halda kənd təsərrüfatı malları sırasında tək təhlükə GMO-dan ibarət deyil...

- Bəli, problem yalnız bununla bitmir. GMO-dan da təhlükəli, tərkibində çoxlu pestisitlər, nitritlər olan məhsullar var. Bunların bir hissəsi İran və digər ölkələrdən gətirilir. Qida Təhlükəsizliyi Agentliyindən xahiş etmişəm ki, birliyimizi lazım olan cihazlarla təmin etsin və təmənnasız olaraq ölkənin hər bir yerində monitorinqlər keçirə bilək. Bundan başqa, çağırış olaraq qida zəncirində işitirak edən hər kəsi AQTA-da reyestrə daxil olmağa səsləyirəm ki, nəzarət mexanizmi həyata keçirilsin. Lakin təəssüflər olsun ki, bu könüllü iş olduğundan, həmin sahibkarlarla iş aparmaq mümkün olmur.

- Hansısa bazarlarla bağlı araşdırma aparmısınızmı?

- "Meyvəli" bazarından gətirilən, şəhərin mərkəzində satılan qarpızların ekspertizasını etmişəm. Onlarda nitritlərin miqdarı həddindən artıq çox çıxıb. Nitritlər, pestisitlərlə zəhərlənmiş məhsullar var, onlar hazırda da "Meyvəli" bazarında satılır. Bu meyvələrin tərkibindəki gübrələr belə zərərlidir. Nəticədə mənşəyi bəlli olmayan xəstəliklər yaranır. Lakin təəssüflər olsun ki, adi istehlakçı asanlıqla məhsulların tərkibində bu maddələrin olub-olmadığını müəyyən edə bilməz. Sadəcə olaraq az almaq, az istehlak etmək lazımdır.

Xəbər lenti
0