BAKI, 10 may - Sputnik. Ermənistan parlamenti növbəti dəfə Nikol Paşinyanı baş nazir seçməyib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu halda Ermənistan konstitusiyası parlamentin buraxılmasını tələb edir.
Bu gün Ermənistan parlamentinin hakim "Mənim addımım" fraksiyası baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın ikinci dəfə baş nazir postuna namizədliyini irəli sürmüşdü.
Paşinyanın lehinə 1, əleyhinə də 1 deputat səs verib, 76 millət vəkili isə bitərəf qalıb.
Hazırkı parlament buraxıldıqdan sonra da fəaliyyətini davam etdirəcək. Konstitusiyaya görə, növbədənkənar seçki keçirilərkən köhnə parlamentin səlahiyyət müddəti yeni parlamentin ilk sessiyasına qədər davam edir.
Növbədənkənar parlament seçkisinin vaxtını ölkə prezidenti sərəncamla təyin edəcək.
Bundan öncə Paşinyan demişdi k, ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsi üçün istefa verir. O qeyd etmişdi ki, seçkiöncəsi dövrdə hökumət başçısı vəzifəsini yerinə yetirməyə davam edəcək. Daha əvvəl isə növbədənkənar seçkinin iyunun 20-də keçiriləcəyini demişdi.
Ermənistanm qanunvericiliyinə görə, parlament buraxıldıqdan sonra növbədənkənar yeni seçki ən azı 30, ən çoxu 45 gün sonra keçirilməlidir. Deputatlar iki dəfə dalbadal baş nazir seçmədikləri təqdirdə parlament buraxılır. Paşinyan demişdi ki, buna görə hakim fraksiya iki dəfə onun namizədliyini irəli sürəcək və hər iki dəfə də onu dəstəkləməyəcək. Mayın 3-də parlament hökumət başçısını seçməmişdi.
Eləcə də oxuyun:
* O əməliyyatdan sonra Ermənistanda hay-küy qalxdı - İlham Əliyev
* Fransa və Kanadanın çaşqınlıq yaratmaq niyyəti nədən xəbər verir?
* Atəşkəsdən sonra Azərbaycanın Ermənistana qaytardığı əsirlərin sayı açıqlanıb