BAKI, 10 may — Sputnik. ABŞ tərəfindən ələ keçirillmiş gizli sənədlər Çinlə bağlı iddiaları yenidən gündəmə gətirib. Sputnik Azərbaycan xəbər verir ki, sənədlərdə yer alan məlumatlara görə, Çin hökuməti ehtimal edilən 3-cü Dünya Müharibəsində istifadə etmək üçün bioloji və genetik silahlarla bağlı araşdırmalar aparır. Bu iddiaların yayılması isə koronavirusun laborotoriyada hazırlanması məsələsini yenidən gündəmə gətirib. Sənədlərdə hər hansı müharibə başlayarsa, onun kimyəvi və nüvə silahları ilə yox, bioloji silahlarla aparılacağı fikri yer alıb.
“Daily Mail” qəzetinin xəbərinə görə, Çin alimləri son altı ildir ki, koronavirus daxil olmaqla bioloji və genetik silahlar üzərində araşdırmalar aparırlar. Eyni xəbərdə göstərilib ki, 2015-ci ildən bəri SARS koronavirusunun hərbi potensialını dəyərləndirən Pekin bu layihəni də mümkün 3-cü Dünya Müharibəsi üçün hazır saxlayır. Sənədlərdə bu layihə “zəfərin təməl silahı” adlandırılır.
Avstraliya qəzetinin xəbərində isə Xalq Qurtuluş Ordusunda xidmət edən elm adamlarının xəstəliklərin əvvəl görülməmiş şəkildə silah hazırlamaq üçün manipulyasiya etməsini araşdırdığı ifadə edilib. Bioloji silahların maksimum effektiv olması üçün lazım olan şərtlər də geniş şəkildə təqdim edilib.
ABŞ xarişi işlər komitəsinin nümayəndəsi Tom Tugendat bu dəlillərin narahatlıq yaratdığını bildirib. Onun fikrincə, ən ciddi nəzarət altında belə bu silahlar son dərəcə təhlükəlidir.
Qeyd edək ki, COVID-19 pandemiyasının başladığı vaxtdan virusun laborotoriyada hazırlanması iddia edilsə də, Ümumumdünya Səhiyyə Təşkilatı belə bir ehtimalın zəif olduğunu bildirmişdi.
Eləcə də oxuyun:
* ÜST-dən yeni COVID bəyanatı: insana yoluxduranı axtarırdılar, heyvana yoluxduranı tapdılar
* Tibb bacıları da COVID-19 xəstələrinin ağırlaşmasına səbəb olurlar - Nazirlik rəsmisi
* "Hindistan ştammı"nın Azərbaycanda yayılma riski böyükdür