Bakıda keçirilən Bədii gimnastika üzrə Dünya kubokunun sonuncu günü altı komplekt medal oynanılıb.
Halqa ilə yarışlarda birinci yeri Linoy Aşram (İsrail), ikinci yeri Lala Kramarenko (Rusiya), üçüncü yeri isə Alina Qarnasko (Belarus) tutublar.
Topla yarışlarda birinci yer Aleksandra Acurcukulezeyə (İtaliya), ikinci yer Darya Trubnikovaya (Rusiya), üçüncü yer isə Boryana Kaleynə (Bolqarıstan) qismət olub.
Beş topla qrup yarışlarında birinci yeri Bolqarıstan, ikincini İtaliya, üçüncünü isə Azərbaycan yığması tuub.
Gürzlərlə yarışda qızıl Linoy Aşrama (İsrail) qismət olub. Gümüşü Boryana Kaleyn (Bolqarıstan), bürüncü isə Lala Kramarenko (Rusiya) qazanıb.
Lentlə yarışlarda ilk yerdə Boryana Kaleyn (Bolqarıstan) qərarlaşınb. İkinci yeri belaruslu Alina Qarnasko, üçüncünü isə Katrin Taseva (Bolqarıstan) tutublar.
Üç halqa və iki cüt gürzlə qrup yarışlarında birinci yeri Bolqarıstan, ikinci yeri İtaliya, üçüncü yeri isə Belarus komandaları tutublar.
Ümumilikdə yarışda 35 ölkədən 169 gimnast iştirak edib, onlardan 63-ü fərdi, 106-sı isə qrup yarışının iştirakçısı olub.