İkinci dünya müharibəsində Qələbənin ildönümü ərəfəsində Sputnik Azərbaycan infoqrafika rubrikasında SSRİ və Almaniya tərəfindən istifadə olunan silahları xatırladır.
9 may – Qələbə günü keçmiş Sovet respublikalarında, o cümlədən də Azərbaycanda həm rəsmi səviyyədə, həm də Böyük Vətən müharibəsində canından keçmiş şəxslərin xatirəsini əziz tutan sıravi vətəndaşlar tərəfindən qeyd olunur.
Bu əlamətdar gün münasibətilə Sputnik Azərbaycan Böyük Vətən müharibəsində Sovet ordusunun kütləvi istifadə etdiyi və faşist Almaniyasının silahlarına dair müqayisəli infoqrafika hazırlayıb.
Xatırladaq ki, Azərbaycan Sovet Sosialist Respublikası da Sovet İttifaqının tərkibində 1941-ci il iyunun 22-də Böyük Vətən müharibəsinə qoşulub. Almaniya komandanlığı Bakının neft ehtiyatlarına xüsusi diqqət ayırırdı və Qafqaz uğrunda döyüşlərdə bölmələrin qarşısına şəhəri və Bakının neftlə zəngin rayonlarının nəzarətə götürülməsi vəzifəsini qoyurdu.