CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çirkab sular dənizə axıdılmaqda davam edir - REPORTAJ

© Sputnik / Zulfiyya Guluyeva Bibiheybətdə çirkab suları
 Bibiheybətdə çirkab suları - Sputnik Azərbaycan, 1920, 08.05.2021
Abunə olmaq
Bibiheybət məscidindən aşağı hissədə, dənizə çirkab axıdılan borular onlarladır. Onların çoxunun üstü daş və torpaqla örtülüb.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. İki gün əvvəl Səbail rayonu Bibiheybət ərazisindəki boru kəmərindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bununla bağlı ictimaiyyətə məlumat yayan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı ərazidə formalaşan çirkab suların Azərsu ASC-nin "Bakı Sukanal" İdarəsinin tabeliyində fəaliyyət göstərən nasoslar vasitəsilə təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib: "Mütəxəssislər tərəfindən boru xəttindən axan sudan mikrobioloji təhlillərin aparılması üçün nümunələr götürülüb".

H.Əlizadə qeyd edib ki, araşdırmaların və analizlərin nəticələrinə uyğun olaraq tərəfimizdən müvafiq tədbirlər görüləcək və ictimaiyyətə əlavə məlumat veriləcək. Bu gün isə Səbail rayonu Bibiheybət ərazisindən boru kəməri vasitəsilə çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma başa çatıb. Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, mütəxəssislər tərəfindən boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 30.4, asılı bərk hissəciklərin 13.4, sintetik səthi aktiv maddələrin isə 5.8 dəfə normadan artıq olduğu müəyyən olunub".

H.Əlizadənin sözlərinə görə, faktla bağlı akt, protokol tərtib edilib və "Azərsu" ASC-nin hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib. Tullantı sularının mərkəzləşmiş kanalizasiya şəbəkəsinə yönəldilməsi məqsədilə tərəfimizdən "Azərsu" ASC-yə məktub ünvanlanıb.

Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, Bibiheybət ərazisində dənizə çirkab axıdan borulardan birinin müəyyən olunaraq qarşısı alınsa da, qəsəbə ərazisində belə borular çoxdur. Bibiheybət məscidindən aşağı hissədə, dənizə çirkab axıdılan borular onlarladır. Onların çoxunun üstü daş və torpaqla örtülüb. Burada yaşayan sakinlər özləri də etiraf edirlər ki, mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından, çirkab suları kanalizasiya boruları ilə dənizə axıtmağa məcburdurlar. Ərazidə balıq tutmaqla məşğul olan şəxslər də bunu təsdiqləyir. Onlar deyirlər ki, Bibiheybət ərazisində dənizə tökülən kanalizasiya borularının sayı çoxdur. Onların bəzilərinin dənizə axıdılmasını gözlə görmək mümkün deyil. Çünki kanalizasiya boruları qazılıb torpağın altına salınaraq gizlədilib. Burada nəzarətçi işləyən, özünü Rüstəm kimi təqdim edən şəxs isə deyir ki, ərazidə gəmi təmiri və digər istehsalat müəssisələri olduğundan, həmin ərazilərdən dənizə çirkab axıdılan borulardan hər kəs xəbərsizdir. Ərazi qapalı olduğundan orada çəkiliş aparmaq imkanımız olmasa da, kanalizasiya xətlərinin bir neçəsinin hazırda dənizə çirkab axıtdığının şahidi olduq. Dənizə axan kanalizasiya sularının dəniz suyunu çirkləndirdiyini isə gözlə belə görmək mümkün idi. Suyun üzərinə yığılan nəcis, tullantılar dənizdən pis qoxunun gəlməsinə də səbəb olmuşdu. Sakinlər isti yay günlərində və cənub küləyi əsdikdə evlərə pis qoxunun yayıldığını da söyləyirlər. Onların sözlərinə görə, dənizə çirkab sular onların evindən axsa da, günahkar təkcə burada yaşayan sakinlər deyil. Gülşən Kazımova deyir ki, kanalizasiya xəttini qoşmağa başqa bir yer yoxdur: "Biz buraya köçəndə gördük ki, hamı kanalizasiya borusunu dənizə qoşub. Çünki ərazidə mərkəzləşmiş kanalizasiya xətti yoxdur".

© Sputnik / Irade JELIL
Bayılda kanalizasiya boruları - Sputnik Azərbaycan
1/3
Bayılda kanalizasiya boruları
© Sputnik / Zulfiyya Guluyeva
 Bibiheybətdə çirkab suları dənizə axıdılır - Sputnik Azərbaycan
2/3
Bibiheybətdə çirkab suları dənizə axıdılır
© Sputnik / Zulfiyya Guluyeva
 Bibiheybətdə çirkab suları dənizə axıdılır - Sputnik Azərbaycan
3/3
Bibiheybətdə çirkab suları dənizə axıdılır
1/3
Bayılda kanalizasiya boruları
2/3
Bibiheybətdə çirkab suları dənizə axıdılır
3/3
Bibiheybətdə çirkab suları dənizə axıdılır

Sakinlərlə söhbət zamanı öyrəndik ki, Səbail rayonu Bibiheybət qəsəbəsi və Şıxov ərazisində mərkəzləşmiş kanalizasiya xəttinin olmaması səbəbindən, yayda burada dənizdə çimmək də mümkün olmur. "Şıxov" çimərliyi dənizə çirkab suların axıdılması səbəbindən çimərlik üçün yararsız elan olunur.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, qurumun əməkdaşları ərazidə olub və tullantıların axıdıldığı hissəyə baxış keçiriblər: "Həmin boru əvvəllər neft sularının axıdılması üçün istifadə olunub, sonradan "Azərsu" ASC-nin balansına verilib. Gələcəkdə həmin xəttin Bayıl-Bibiheybət-Lökbatan kollektoruna qoşulmasıyla bağlı layihə işlənib hazırlanacaq və problem aradan qaldırılacaq".

Xəbər lenti
0