BAKI, 8 may — Sputnik. "Artilleriyanın atası" ləqəbi ilə tanınan, Aprel döyüşləri və Tovuz döyüşlərində xüsusi qəhrəmanlığı ilə seçilərək adını tarixə yazdıranAzərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya rəisi İlqar Mirzəyevin doğum günüdür. O, 8 may 1973-cü ildə dünyaya göz açıb, 2020-ci il iyulun 12-16-da baş verən döyüşlər zamanı Artilleriya Komandiri olan İlqar Mirzəyev, iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində 3-cü Ordu Korpusunun Komandir müavini general-mayor Polad Həşimov və tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub.
O, "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı, ölümündən sonra isə "Qızıl Ulduz" medalı ilə təltif olunub.
İlqar Mirzəyevin Elvin və Gülnarə adlı iki yadigarı var.
Allah rəhmət eləsin!