"Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" filmi nümayiş olunub

© AR Ministry of Foreign Affairs "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" filminin nümayişi
Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu filminin nümayişi - Sputnik Azərbaycan, 1920, 08.05.2021
Abunə olmaq
Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva çıxış ediblər.

BAKI, 8 may — Sputnik. Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatlarının üzvləri üçün 9 May - faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə əlaqədar, Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə, Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirilən, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" filminin nümayişi təşkil olunub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycan xalqının İkinci Dünya müharibəsində iştirakı və faşizm üzərində Qələbə qazanılmasında oynadığı rolu əks etdirən qısa fotosərgi nümayiş etdirilib.

© AR Ministry of Foreign Affairs Руководитель пресс-службы Министерства иностранных дел Азербайджана Лейла Абдуллаева
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu filminin nümayişində - Sputnik Azərbaycan
1/5
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" filminin nümayişində
© AR Ministry of Foreign Affairs
Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu filminin nümayişi - Sputnik Azərbaycan
2/5
© AR Ministry of Foreign Affairs
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu filminin nümayişində - Sputnik Azərbaycan
3/5
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" filminin nümayişində
© AR Ministry of Foreign Affairs
Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu filminin nümayişi - Sputnik Azərbaycan
4/5
© AR Ministry of Foreign Affairs
Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu filminin nümayişi - Sputnik Azərbaycan
5/5
1/5
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" filminin nümayişində
2/5
3/5
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" filminin nümayişində
4/5
5/5

Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva çıxış ediblər. Çıxışlarda İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi şücaət haqqında danışılıb və gənclərin bu istiqamətdə məlumatlılığının, habelə tariximizi daha dərindən öyrənmələrinin əhəmiyyəti vurğulanıb. Müstəqilliyimiz bərpa edildiyi vaxtdan etibarən ilk dəfə olaraq 9 May Qələbəsinin ikiqat fəxarətlə qeyd olunduğu vurğulanıb, bu xüsusda 2020-ci il 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edən Müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əhəmiyyətindən bəhs edilib. Bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Daha sonra, Bakı Media Mərkəzinin ssenarist və redaktoru Müsəllim Həsənovun "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" filminin ssenarisi, necə ərsəyə gətirilməsi barədə çıxışı dinlənilib.

Çıxışlardan sonra filmin nümayişi baş tutub.

Xəbər lenti
0