BAKI, 7 may — Sputnik. Türkiyədə hüquq mühafizə orqanları İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı ən azı 8 nəfər saxlanılıb.
Məlumata əsasən, antiterror əməliyyatı eyni anda İstanbulun 10 rayonunda keçirilib. Saxlanılan şəxslərin milliyyəti açıqlanmır.
Faktla bağlı araşdırmalar davam edir.