CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib

© Sputnik / StringerНа фото Рашад Атакишиев , фото из архива
На фото Рашад Атакишиев , фото из архива - Sputnik Azərbaycan, 1920, 07.05.2021
Abunə olmaq
2019-cu il iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Pilotun nəşi avqustun 20-də tapılıb.

BAKI, 7 may - Sputnik. Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) APA-nın sorğusuna cavab olaraq bildirilib. 

Флаг Азербайджана - Sputnik Azərbaycan, 1920, 29.11.2020
MƏDƏNİYYƏT
Şəhidimizin xanımı yeni musiqisini təqdim edib - VİDEO

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 4.1-ci bəndinin 3-cü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsinin verdiyi arayışlarla təsdiq olunur.

Belə ki, Müdafiə Nazirliyindən SHXÇDX-nin Yasamal rayon idarəsinə daxil olan 02.04.2021-ci il tarixli 1/A-374 nömrəli məktuba və 01.04.2021-ci il tarixli 1/A-371 nömrəli arayışa əsasən, mərhum polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu 24.07.2019-cu il tarixdə döyüş tapşırığının icrası zamanı həlak olub, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, mərhuma “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusu verilib.

Qeyd edək ki, 2019-cu il iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb. O, avqustun 21-də II Fəxri xiyabanda dəfn edilib.

Xəbər lenti
0