“Bizim enerji və nəqliyyat layihələri kimi birgə layihələrin icrası üzrə yaxşı tariximiz var. Bu layihələr regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişmişdir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edərkən deyib.
Gürcüstan Baş nazirinin səfərini Sputnik Azərbaycan-a şərh edən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Gürcüstan Azərbaycanla tərəfdaş ölkədir və iqtisadi əlaqələrimiz yaxşı səviyyədədir: “Gürcüstanda bizim çoxsaylı soydaşlarımız yaşayır. Bu baxımdan da Gürcüstan Azərbaycan üçün önəmlidir. Azərbaycanın reallaşdırdığı bütün regional layihələr Gürcüstan üzərindən keçib. Başqa bir alternativ isə Zəngəzur dəhlizinin açılması ola bilər. Ancaq düşünürəm ki, Gürcüstan həmişə Azərbaycan üçün vacib rol oynamağa davam edəcək”.
Naqif Həmzəyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz