CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kimsəsiz uşaqlar tibbi müayinədən keçirildilər

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidКоридор больницы, фото из архива
Коридор больницы, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.05.2021
Abunə olmaq
Uşaqlar ETPİ-də geniş yoxlanışdan keçirilib, eyni zamanda uşaq evinin rəhbərliyi tərəfindən bildirilən bütün zəruri ehtiyaclar qarşılanıb.

BAKI, 7 may — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) həkim-pediatrları tərəfindən Ramana qəsəbəsində yerləşən "Nur Uşaq Evi" kimsəsiz uşaqlar sığınacağında yaşayan körpələrin tibbi müayinəsi keçirilib.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, tibbi baxış zamanı əlavə müayinəyə ehtiyacı olan uşaqlar ETPİ-də geniş yoxlanışdan (rentgen, usm, qanın ümumi analizi və s.) keçirilib, eyni zamanda uşaq evinin rəhbərliyi tərəfindən bildirilən bütün zəruri ehtiyaclar qarşılanıb.

Xəbər lenti
0