CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlılar icbari tibbi sığortaya necə münasibət göstərirlər

Abunə olmaq
Tibbi sığorta sistemi ilə bağlı ictimai rəy sorğusunun nəticələri haqqında daha geniş məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında öz əksini tapıb.

 

2021-ci il aprelin 1-dən Azərbaycanda vətəndaşların icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiqinə başlanılıb. Analitiklər cəmiyyətin səhiyyə sistemindəki islahatları necə qarşıladığını öyrənməyə çalışıblar.

Media Təhlil Mərkəzi (MTM) Azərbaycan üçün tamamilə yeni olan icbari tibbi sığorta sisteminə ictimaiyyətin rəyini öyrənmək məqsədilə 679 respondent arasında sorğu keçirib. Məlum olub ki, rəyi soruşulanların 16,2 faizi artıq sığorta sistemini sınaqdan keçirməyə fürsət tapıb.

Respondentlərin təxminən üçdə bir hissəsi (31,8%) əmindir ki, tibbi sığorta səhiyyə xidmətlərinin bütün vətəndaşlar üçün əlçatan olmasına imkan verir. Rəyi soruşulanların bir hissəsi maddi vəziyyətindən asılı olmayaraq tibbi xidmətlərin hər kəs üçün bərabər paylanacağına ümid edir.

Qeyd edək ki, Azərbaycanda icbari tibbi sığorta sistemi 2021-ci ilin aprel ayının 1-dən etibarən bütün ölkədə tətbiq olunmağa başlayıb.

Pasiyentlərin nə zaman və hansı həkimə müraciət etməli olduqları barədə ciddi qaydalar müəyyən edilib. Çünki bundan sonra əsassız yerə həkim məsləhəti almaq artıq pulsuz olmayacaq. Səhiyyədəki köklü dəyişikliklər insanların yeni sistemə münasibətinin çox fərqli olmasına gətirib çıxarıb. Tibbi sığorta sistemi ilə bağlı ictimai rəy sorğusunun nəticələri haqqında daha geniş məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında öz əksini tapıb.

Xəbər lenti
0