BAKI, 7 may — Sputnik. Uzun illərdir artıq çəkidən əziyyət çəkən müğənni Elçin Hüseynovun yeni xarici görünüşü təəccübə səbəb olub.
Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz "Instagram" hesabında bundan əvvəl və sonuncu dəfə çəkilən fotosunu kollaj edərək paylaşıb, 32 kq çəki atdığını bildirib.
Посмотреть эту публикацию в Instagram
Elçin qeyd edib ki, bu nəticəni 3-4 aya əldə edib və bununla da istədiyi çəkiyə sahib olub. İzləyicilərin bəziləri onun bu addımını alqışlasalar da, bəziləri onu buna görə tənqid edib.