BAKI, 7 may — Sputnik. Hazırda 3 saylı DOST mərkəzində komissiya sədri yoxdur, həkim sayı da azdır. Sputnik Azərbaycan-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial saat”da çıxış edən DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bu haqda məlumat verib.
Agentlik rəsmisinin sözlərinə görə, ötən il aparılan islahatlar vaxtı 17 TSEK (Tibbi-Sosial Ekspert Komissiyası) sədri işdən çıxarılıb: “Bəzilərinin də işi prokurorluğa göndərilib. Ona görə o sahədə olan kadr çatışmazlığı DOST xidmətlərinin də göstərilməsində problem yaradır. Biz çalışırıq ki, harda Komissiya sədrləri varsa, vətəndaşları onlara yönləndirək".