BAKI, 6 may — Sputnik. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 12-ci maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq və 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov bu barədə müsahibəsində deyib. O, bunu belə izah edib: "Bu isə o deməkdir ki, mövcud qanunvericilik vətəndaşsızlıq halında doğulma hallarına yol açmır".