BAKI, 6 may — Sputnik. "ARB" telekanalının aparıcısı Sevda Rəsulqızının "Günə doğru" proqramında boşanmasıyla dünya gündəmini zəbt edən Bill Qeyts haqqında dedikləri türk mediasında yayımlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, "haberler.com" saytı onunla bağlı "Azərbaycanlı aparıcıdan boşanma qərarı alan Bill Qeytslə bağlı şok sözlər" başlıqlı məqalə dərc edib.
Xatırladaq ki, aparıcı proqramda koronavirus infeksiyasının insanlara çip taxmaq üçün Bill Qeyts tərəfindən hazırlandığı mövzusuna toxunub. S.Rəsulqızı "Arvadıyla yola gedə bilmir. Qoya bilsə, arvadına çip qoyar" sözlərini söyləyib.
Aparıcının bu sözləri sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.