Azərbaycan vətəndaşlığına qəbulla bağlı vəsatətlər icraata qəbul edilib

© Sputnik / Murad OrujovЖители Баку отмечают День Государственного флага
Жители Баку отмечают День Государственного флага - Sputnik Azərbaycan, 1920, 06.05.2021
Abunə olmaq
Vətəndaşsızlıq hallarının aradan qaldırılması və qarşısının alınması istiqamətində müvafiq işlərin görülməsi sürətləndirilib.

 

BAKI, 6 may — Sputnik. "2016-2018-ci illər ərzində Azərbaycan Respublikasında qanunsuz yaşayan şəxslərin leqallaşdırılması məqsədilə Xidmətin regional miqrasiya idarələrinin xidməti ərazilərində çoxsaylı görüşlər və maarifləndirmə tədbirləri nəticəsində ümumilikdə 389 nəfər qəbul edilib. Həmin şəxslərdən 194 nəfərin leqallaşdırılması istiqamətində işlər görülüb".

Sputnik Azərbaycan-ın xəbərinə görə, Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov bu barədə müsahibəsində deyib.

O bildirib ki, vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində konkret işlər görülməsi, Dövlət Miqrasiya Xidməti tərəfindən respublikanın ayrı-ayrı bölgələrində vətəndaşsızlıqla bağlı çoxsaylı maarifləndirmə tədbirlərinin və görüşlərin keçirilməsi öz müsbət nəticəsini verir: "Belə ki, istər vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, istərsə də vətəndaşlığa qəbulla bağlı müraciətlərin sayı bunu deməyə əsas verir.

Görüləcək işlərlə bağlı isə bildiririk ki, 2019-cu ilin 7-11 oktyabr tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 70-ci sessiyasında Azərbaycan Respublikası növbəti 3 il ərzində ölkə ərazisində qeydə alınan vətəndaşlığı olmayan şəxslərin naturalizasiyasının təmin ediləcəyini qeyd edib".

"Vətəndaşsızlıq hallarının aradan qaldırılması və qarşısının alınması istiqamətində müvafiq işlərin görülməsi sürətləndirilib. Belə ki, ölkə ərazisində qeydə alınan vətəndaşlığı olmayan şəxslərlə bağlı yekun siyahının dəqiqləşdirilməsi və növbəti 3 (üç) il ərzində onların naturalizasiyasının təmin edilməsi məqsədilə tərəfimizdən müvafiq təhlillər aparılıb. Belə ki, Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən 494 nəfərin ünvanlarına müvafiq məktublar göndərilərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmələri tövsiyə olunub. Bu müddət ərzində 2019-cu il oktyabr ayının 7-dən hazıradək (18 dekabradək) Azərbaycan Respublikasında yaşayan və heç bir ölkənin vətəndaşı olmayan 143 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətləri icraata qəbul edilib", - deyə o əlavə edib.

R.Talıbov qeyd edib ki, həmin müddət ərzində 52 nəfər Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə təmin edilən şəxs, 34 nəfər isə vətəndaşsızlıq vəziyyətində olan şəxs (cəmi 86 nəfər) Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub.

Xəbər lenti
0