BAKI, 5 may — Sputnik. Türkiyə xüsusi xidmət orqanları hərbi sənayedə casusluqla bağlı araşdırmanı genişləndirərək daha 9 nəfərə qarşı ittiham irəli sürüb. Bu barədə Sputnik Azərbaycan "TRT"-yə istinadən xəbər verir.
Belə ki, araşdırma nəticəsində Türkiyə prokurorluğu daha 9 nəfərin saxlanılması ilə bağlı qərar verib. Haqqında qərar çıxarılan şəxslərdən ikisi Türkiyə Müdafiə Sənayesi İdarəsində işləyib. Saxlanılan şəxslər siyahısında polkovnik, polkovnik-leytenant, mayor və özəl sektorun üç əməkdaşı da var.
Ankara"da yürütülen "askeri casusluk" soruşturması kapsamında 9 kişi hakkında yakalama kararı çıkarıldı. Soruşturmanın detayları @trthaber'de.https://t.co/grj0ek6Hqi pic.twitter.com/XkCvQqHsG7
— TRT Haber Canlı (@trthabercanli) April 27, 2021
Qeyd olunur ki, artıq 6 nəfər həbs olunub, indi isə daha 3 nəfərin axtarışları aparılır. Onların hamısı gizli məlumatları xarici agentlər və şirkətlərə ötürməkdə ittiham olunur.