Kərkükdə neft yataqlarına hücum olub – Ölən və yaralılar var

© AP Photo / Hussein MallaНефтяная вышка в Сирии, фото из архива
Нефтяная вышка в Сирии, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.05.2021
Abunə olmaq
Bu gün səhər saatlarında Kərkükdə Bay-Həsən yatağında terror aktı törədilib. İki neft quyusu – 183 və 177 saylı quyular partladılıb.

BAKI, 5 may — Sputnik. İraqın şimalında naməlum şəxslərin neft yataqlarına hücumu nəticəsində bir neçə nəfər ölüb və yaralanıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb.

"Bu gün səhər saatlarında Kərkükdə Bay-Həsən yatağında terror aktı törədilib. İki neft quyusu – 183 və 177 saylı quyular partladılıb. Obyektin təhlükəsizliyi və mühafizəsində çalışan şəxslər arasında ölənlər və yaralılar var. Yanğınsöndürənlər 177-ci quyudakı yanğını lokallaşdıra biliblər. 183-cü quyuda isə yanğının söndürülməsi davam edir", - deyə məlumatda bildirilir.

İraq rəhbərliyi hadisə nəticəsində ölən və yaralıların sayını, həmçinin terror aktının kim tərəfindən törədildiyini açıqlamayıb.

Xəbər lenti
0