CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaxın günlərdə Rusiya və Fransa Qarabağla bağlı konkret təşəbbüs irəli sürəcəklər

© Sputnik / Murad OrujovYuxarı Gövhar Ağa məscidi
Yuxarı Gövhar Ağa məscidi - Sputnik Azərbaycan, 1920, 04.05.2021
Abunə olmaq
Fransanın Ermənistandakı səfiri bildirib ki, hər iki prezident məsələnin birdəfəlik həllinə nail olmaq üçün Minsk Qrupu daxilində səyləri yeniləməyə dair razılığa gəliblər.

BAKI, 4 may — Sputnik. Rusiya və Fransa prezidentləri yaxın vaxtlarda Qarabağ münaqişəsinin davamlı şəkildə həlli üçün konkret təşəbbüslə çıxış edəcəklər. Bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakott erməni mətbuatına müsahibəsində bildirib.

Qarabağa dair üçtərəfli razılaşmanın yerinə yetirilməsi ləngiyir – Rusiya ekspertləri Bakıda - Sputnik Azərbaycan, 1920, 03.05.2021
VİDEO
Qarabağa dair üçtərəfli razılaşmanın yerinə yetirilməsi ləngiyir – Rusiya ekspertlər

Aprelin 26-da Fransa Prezidenti Emmanuel Makronla Rusiya lideri Vladimir Putin arasında telefon danışığının baş tutduğunu yada salan səfir bildirib ki, həmin vaxt Makron hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması məsələsində konkret tərəqqinin əldə olunmasının vacibliyini vurğulayıb.

"Hər iki prezident məsələnin birdəfəlik həllinə nail olmaq üçün Minsk Qrupu daxilində səyləri yeniləməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürüləcək", – deyə Lakott qeyd edib.

Səfir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqların bərpasının həmsədrlər üçün prioritet olduğunu və bunun onların 13 aprel açıqlamasında da öz əksini tapdığını vurğulayıb.

Xəbər lenti
0