Varşavadakı Milli Muzeyin polşalı mütəxəssisləri dünyada ilk dəfə hamilə qadının mumiyasını aşkarlayaraq təsvir ediblər.
Tapıntının özünəməxsusluğu ondadır ki, cəsəd mumiyalandığı vaxt qadının bətnindəki döl çıxarılmayıb. Əslində, qaydaya görə, Qədim Misirdə mumiyalama prosesində insanın bütün daxili orqanları çıxarılırdı. İstisnanın mümkün səbəblərindən biri qadının hamilə olduğunu gizlətmək cəhdidir.
Mumiya Misirdən Varşavaya 1826-cı ildə aparılıb. Sakrofaqın üzərindəki qeyddə onun kişi kahinin mumiyası olduğu barədə qeyd də olub. Ancaq detallı araşdırmadan sonra məlum olub ki, bu mumiya heç də kahinə deyil, gənc qadına məxsusdur.
Mumiya müasir tomoqraf vasitəsilə skan olunub ki, bu da müxtəlif filtrlər sayəsində bütün daxili detalları görməyə imkan verib.
Mişirşünaslar əldə olunan rəsmlər əsasında mumiyanın bətnində dölün olduğunu üzə çıxarıblar. Daha detallı araşdırma nəticəsində məlum olub ki, bu mumiya 20-30 yaşlarında vəfat etmiş və bətnində 26-30 həftəlik uşaq olan qadına məxsusdur.
Beləliklə, bu tapıntı dünyada hamilə qadının mumiyalanmasına dair elmə məlum yeganə hadisə hesab oluna bilər.