CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə rüsum artdı

© Sputnik / Irade JELILPirallahi
Pirallahi - Sputnik Azərbaycan, 1920, 04.05.2021
Abunə olmaq
Dəyişikliyə əsasən, dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə müddətlərdən asılı olaraq fərqli dövlət rüsumunun tutulması nəzərdə tutulub.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə rüsumun məbləği dəyişir.

Sputnik Azərbaycan xəbər verir ki, bu məsələ "Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə"nin və "Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi"nin təsdiq olunması barədə" və "Dövlət rüsumu haqqında" qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə müddətlərdən asılı olaraq fərqli dövlət rüsumunun tutulması nəzərdə tutulub.

Yeni layihəyə əsasən, dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsi: on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 40 manat, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 80 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 120 manat rüsum ödənəcək.

Mövcud qanunda dənizçinin şəxsiyyət sənədinin verilməsi (müddət göstərilmir) üçün 30 manat rüsum ödənilməsi tələb edilirdi.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0