CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeniyetmənin üzərinə daş parçası düşməsi ilə bağlı prokurorluq araşdırma aparır

© Sputnik / Zulfiyya GuluyevaRafiq İsgəndərov
Rafiq İsgəndərov - Sputnik Azərbaycan, 1920, 04.05.2021
Abunə olmaq
Yeniyetmə "kəllə-beyin travması və baş-beyin silkələnməsi" diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilb.

BAKI, 4 may — Sputnik. Aprelin 30-da Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasının düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Səbail rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Bildirilib ki, aparılan araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə “kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi müəyyən edilib.

Hazırda fakt üzrə Səbail rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0