BAKI, 4 may — Sputnik. Meksikanın paytaxtı Mexiko şəhərində metro körpüsü üzərindən keçən qatarla birlikdə çöküb, hadisə Olivos və Tesonko stansiyalarının yaxınlığında baş verib.
#ULTIMAHORA
— @diario24horas (@diario24horas) May 4, 2021
Este es el escalofriante momento en el que se quiebra la estructura del #MetroCDMX en la estación Olivos de la Línea 12.https://t.co/6z8bRGGxiu pic.twitter.com/PgzUgKtgEU
Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb. Yerli hakimiyyət orqanlarının verdiyi ilkin məlumata görə, qəza nəticəsində 20 nəfər ölüb, 70 nəfər yaralanıb.
RİA Novosti-nin hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, hazırda Mexiko şəhərində metro körpüsünün çökdüyü sahə mühasirəyə alınıb, metronun bütün girişləri bağlanıb, yalnız təcili yardım və xüsusi xidmət maşınlarının girişinə icazə verilir.