BAKI, 4 may — Sputnik. Əməkdar artist Mətanət İsgəndərli koronavirus infeksiyasına yoluxub.
Sputnik Azərbaycan Baku.TV-yə istinadən xəbər verir ki, sənətçinin oğlu Kərim və özü xəstəxanaya yerləşdiriliblər. Əməkdar artistin oğlunun verdiyi məlumata görə, özünün vəziyyəti yaxşıdır, amma anasının vəziyyəti ağır olaraq qalır: "Anam ağırdır. Onu görmürəm, həkimlər yanına qoymurlar. Anam boğulurdu, onun bronxlarında problem var. Beş gün müalicə götürdü, evdə qaldıq. Amma düzəlmədi, ağırlaşdığı üçün xəstəxanaya gətirildi".
Qeyd edək ki, M.İsgəndərli apardığı toy məclislərindən birində COVID-19-a yoluxub.