Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Aşağı Sirik kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu kənd 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilib.