"Türkiyə vətən müharibəsində Azərbaycanı qətiyyən yalnız qoymayıb" - Səfir

© AP Photo / Emrah GurelМужчина с флагами Азербайджана и Турции в Стамбуле, фото из архива
Мужчина с флагами Азербайджана и Турции в Стамбуле, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.05.2021
Abunə olmaq
Türkiyə və Azərbaycan arasındakı siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıq geostrateji səviyyəyə çatıb

BAKI, 3 may — Sputnik. Türkiyə və Azərbaycan arasında dünyada bənzəri olmayan qardaşlıq münasibətlərinin kökü ortaq tarix və mədəniyyətdən bəslənir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağcı bildirib.

O qeyd edib ki, Azərbaycanın qədim torpağı Qarabağın ermənilər tərəfindən təxminən 30 illik qanlı işğalına 44 gün davam edən Vətən Müharibəsi sonunda əldə edilən şanlı bir zəfərlə son verilib. Bu zəfər qardaşlarımız Azərbaycan xalqı qədər Türkiyədəki vətəndaşlarımızı da sevincə boğub. Türkiyə bu vətən müharibəsində öz qardaşlıq borcunu yerinə yetirərək Azərbaycanı qətiyyən yalnız qoymayıb. Müharibənin əvvəlindən sonunadək qardaşının yanında olub, dosta və düşmənə birliyin gücünü nümayiş etdirib".

Bağcı qeyd edib ki, Türkiyə və Azərbaycan arasındakı siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıq geostrateji səviyyəyə çatıb: "Son dövrlərdə bütün sahələrdə əməkdaşlığımızda böyük irəliləyiş qeydə alınıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən sonra enerji təhlükəsizliyini daha da artıran Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) işə salınıb. Bakı-Tbilisi-Qars dəmiryolu da regiondakı nəqliyyat şəbəkəsinin inkişafı baxımından böyük potensiala malikdir. Türkiyə və Azərbaycan sahib olduqları bütün imkan və qabiliyyəti ilə regionun təhlükəsizlik və sabitliyinə töhfə vermək məqsədilə səylərini birləşdirib".

Səfir əlavə edib ki, bütün bu işlər Türkiyənin Naxçıvan və Gəncədəki baş konsulluqları və Lənkərandakı fəxri konsulluq tərəfindən dəstəklənir.

Xəbər lenti
0