Suriyada keçiriləcək prezident seçkilərində üç namizəd iştirak edəcək

© AP Photo / Gabriel ChaimПанорама Ракки, Сирия
Панорама Ракки, Сирия - Sputnik Azərbaycan, 1920, 03.05.2021
Abunə olmaq
Parlament seçkiqabağı kampaniyanın başlanmasından sonra (19 aprel) 10 gün ərzində prezidentliyə namizədlərin ərizələrini qəbul edib. Lakin seçkilərdə ancaq ən azı 35 millət vəkilinin səsini toplamış vətəndaşlar iştirak edə bilər.

BAKI, 3 may — Sputnik. Suriyada keçiriləcək prezident seçkilərində iştirak etmək üçün üç nəfər deputatların lazımi sayda səsini toplaya bilib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, namizədlər arasında hazırkı dövlət basçışı Bəşər Əsəd də var.

"Konstitusiya məhkəməsi ilk bəyanatda üç nəfərin namizədliyini qəbul edib. Bunlar Abdallah Sallüm Abdallah, Bəşər Hafiz Əsəd və Mahmud Əhməd Meriidir", - deyə Suriya ali konstitusiya məhkəməsinin (KM) rəhbəri Məhəmməd Ləhəm bildirib.

Üç gün ərzində Konstitusiya Məhkəməsi narazı namizədlərdən bütün apelyasiya ərizələrini qəbul edəcək. Qeyd edək ki, Suriya konstitusiyasına uyğun olaraq, parlament seçkiqabağı kampaniyanın başlanmasından sonra (19 aprel) 10 gün ərzində prezidentliyə namizədlərin ərizələrini qəbul edib. Lakin seçkilərdə ancaq ən azı 35 millət vəkilinin səsini toplamış vətəndaşlar iştirak edə bilər.

Əgər Suriya Xalq Şurasının (parlament) cəmi 250 deputatdan ibarət olduğunu nəzərə alsaq, nəzəri cəhətdən seçkilərdə ən çoxu 7 namizəd iştirak edə bilər. Lakin hazırkı prezident Əsədin rəhbəri olduğu Ərəb Sosialist İntibahı partiyasının şansları daha çoxdur. Belə ki, adı çəkilən partiya parlamentdə 167 yerə sahibdir. Xalq Şurasındakı digər yerlər müstəqil deputatlar (70 nəfər) və "Milli İnkişaf Cəbhəsi" koalisiyasına daxil olan partiyaların nümayəndələrinə məxsusdur (13 nəfər).

Suriyada prezident seçkiləri mayın 26-na təyin olunub.

Xəbər lenti
0