CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bacısının döyülməsinə dözməyən qardaş yeznəsini öldürüb

© Sputnik / Murad OrujovМужчина с ножом, фото из архива
Мужчина с ножом, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.05.2021
Abunə olmaq
Giləzidəki istilik stansiyasında mühafizəçi işləyən 22 yaşlı Qabil Əliyev gecə növbəsindən evə gələrkən yeznəsinin bacısı ilə mübahisə etdiyini görüb. Baş verənlərə əsəbləri dözməyən gənc bıçağa əl atıb.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. Qayınla yeznə arasında yaranan mübahisə bıçaqlanma ilə bitib. Hadisə dünən səhər saatlarında Siyəzənin Zarat kəndində baş verib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Zarat kənd sakini, 22 yaşlı Qabil Valeh oğlu Əliyev şəxsi mübahisə zəminində bacısının həyat yoldaşı, 37 yaşlı Hüseyn Zülfüqar oğlu Hüseynovu bıçaqlayıb.

Bədənininin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi endirilən Hüseyn Hüseynov Siyəzən Regional Müalicə-Dioqnostika mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Kənd sakinlərinin sözlərinə görə, onların mübahisəsinə səbəb Qabil Əliyevin bacısının ərindən küsüb ata evinə gəlməsi olub. Atasıgildən həyat yoldaşını və uşağını aparmağa gələn Hüseyn Hüseynov yoldaşının mobil telefonunu sındırıb. Qadın əri ilə getməkdən imtina edib. Bu zaman qadına qarşı şiddətlə müşayiət edilən mübahisə baş verib. Mübahisə zamanı Giləzidəki istilik stansiyasında mühafizəçi işləyən 22 yaşlı Qabil Əliyev gecə növbəsindən evə gəlib. Baş verənlərə son dərəcə əsəbləşən Qabil özünü saxlaya bilməyərək bıçağa əl atıb və yeznəsinə bıçaq xəsarətləri yetirib.

Qabil Əliyevin bacısı 4 ay imiş ki, Siyəzən şəhərindəki ər evindən atası evinə gəlib və orda yaşayıb.

Hadisə ilə bağlı Siyəzən prokurorluğunda cinayət işi başlanıb.

Xəbər lenti
0