Paşinyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürüldü

© Tatyana Zenkovich/pool photo via APПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива  - Sputnik Azərbaycan, 1920, 03.05.2021
Abunə olmaq
"Mənim addımım" fraksiyasının rəhbəri Lilit Makunts qeyd edib ki, baş nazirin Ermənistan prezidenti, "Çiçəklənən Ermənistan" və "Maariflənmiş Ermənistan" ilə danışıqları zamanı tərəflər seçkinin iyunun 20-də keçirilməsi barədə razılıq əldə ediblər.

BAKI, 3 may — Sputnik. "Mənim addımım" bloku Ermənistan parlamentinin fövqəladə iclasında formal olaraq Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.

"Mənim addımım" fraksiyasının rəhbəri Lilit Makunts qeyd edib ki, baş nazirin Ermənistan prezidenti, "Çiçəklənən Ermənistan" və "Maariflənmiş Ermənistan" ilə danışıqları zamanı tərəflər seçkinin iyunun 20-də keçirilməsi barədə razılıq əldə ediblər. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, bu məqsədlə seçki yalnız bir dəfə keçirilə bilər - parlament baş naziri iki dəfə seçməməlidir.

"Məhz bu səbəbdən də "Mənim addımım" Nikol Paşinyanın namizədliyini irəli sürüb", – deyə Makunts qeyd edib.

Xatırladaq ki, martın 18-də Nikol Paşinyan Ermənistanda iyunun 20-də erkən parlament seçkilərinin keçiriləcəyini elan edib. Milli Məclis artıq Seçki Məcəlləsinə edilən düzəlişləri təsdiqləyib. Həmin düzəlişlərə əsasən, parlament seçkisi yalnız proporsional sistem üzrə keçiriləcək.

Bundan başqa, baş nazir aprelin 25-də vəzifəsindən istefa verdiyini və Ermənistan prezidentinin onun istefasını qəbul etdiyini də açıqlayıb.

 

Xəbər lenti
0