BAKI, 3 may — Sputnik. Gömrük orqanları tərəfindən keçirilən uğurlu əməliyyat zamanı külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Xidmətinin sədri Səfər Mehdiyev özünün "Twitter" sosial şəbəkəsindəki hesabında yazıb.
O qeyd edib ki, son iki həftə ərzində ölkəmizin cənub sərhədlərində 5 fakt üzrə 730 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılıb.