BAKI, 2 may - Sputnik. Qırğızıstan Tacikistanla qarşıdurma nəticəsində 178 nəfər vətəndaşının yaralandığını elan edib.
APA xəbər verir ki, bunu bu gün Respublikanın səhiyyə nazirliyindən bildiriblər.
Məlumata görə, Tacikistanla sərhəddəki qarşıdurmada yaralanan Qırğızıstan vətəndaşlarının sayı 178-ə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl 173 yaralı haqqında məlumat verilmişdi.
Rəsmi məlumatda qarşıdurma zamanı 34 nəfər öldürüldüyü də vurğulanıb.