BAKI, 2 may — Sputnik. Bakıda 14 yaşlı yeniyetmənin başına daş plitəsi düşüb.
APA-nın məlumatına görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.
Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş plitəsi qoparaq həmin binada yaşan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.
Ağır kəllə-beyin travması alan Ə. Şabanov komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Respublika Neyrocərrahiyyə Xəstəxanasından APA-ya verilən məlumata görə, yeniyetmənin vəziyyəti son dərəcə ağırdır.