CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı yaxınlığında zəlzələ olub

© Sputnik / Murad OrujovВид на Баку с Каспийского моря
Вид на Баку с Каспийского моря - Sputnik Azərbaycan, 1920, 01.05.2021
Abunə olmaq
Azərbaycan paytaxtından cənubda, Xəzər dənizində qeydə alınan ikinci təkan 47 kilometr dərinlikdə baş verib.

BAKI, 1 may — Sputnik. Ötən gecə Xəzər dənizində iki, bu səhər isə bir zəlzələ qeydə alınıb. Onlardan ikincisi Bakıdan cənubda olub. Sputnik Azərbaycan bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin saytında qeyd olunub.

Birinci təkan yerli vaxtla saat 04:19-da qeydə alınıb, onun episentri 62 km dərinlikdə, maqnitudası isə 4 olub. İkinci zəlzələ isə bir dəqiqə sonra, 04:20-də baş verib. 3.4 maqnitudalı təkan 47 km dərinlikdə meydana gəlib. 10:32-də baş verən təkanın maqnitudası isə 3,1 olub, onun da dərinliyi 62 km-di.

Aprelin 29-da da Bakıdan cənubda, Xəzər dənizində zəlzələ qeydə alınmışdı. 3,3 maqnitudalı təkanlar 55 km dərinlikdə olmuş, səthdə, demək olar ki, hiss olunmamışdı.

Xəbər lenti
0