BAKI, 1 may — Sputnik. Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər davam etdirilir. Keçirilən tədbirlər nəticəsində şəhər ərazisində iki fərqli ünvanda yas mərasimlərinin təşkil edildiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Müşfiq Səfərov və Samir Məmmədzadəyə məxsus fərdi yaşayış evlərində keçirilən yas mərasimləri RPŞ-nin əməkdaşları tərəfindən dayandırılıb. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.