CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fındıq əkmək harada sərfəlidir?

© Sputnik / Tomas Thaytsuk / Mediabanka keçidПродажа фундука
Продажа фундука - Sputnik Azərbaycan, 1920, 01.05.2021
Abunə olmaq
Fındığın sığorta tarifi regionların iqlimindən asılı olaraq dəyişir. Belə ki, sığorta tarifləri Şəki-Zaqatala regionunda 3,21%, Quba-Xaçmaz regionunda 1,31% təşkil edir

BAKI, 1 may — Sputnik. Aqrar Sığorta Fondu fındıq sahələrinin sığortalanması üzrə tarifləri və bununula bağlı sadə hesablamanı açıqlayıb.

Fonddan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanda fındıq bağları ən çox iki bölgədədir - Şəki-Zaqatala və Quba-Xaçmaz regionları.

Fındığın sığorta tarifi isə regionların iqlimindən asılı olaraq dəyişir. Belə ki, sığorta tarifləri Şəki-Zaqatala regionunda 3,21%, Quba-Xaçmaz regionunda 1,31% təşkil edir.

Statistika göstərir ki, 1 hektar fındıq bağının orta məhsuldarlığı Şəki-Zaqatala regionunda 11 sentner, Quba-Xaçmaz regionunda 12,3 sentnerdir.

Fındığın orta qiyməti isə 3,6 manat/kq-dir.

Bu hesabla Şəki-Zaqatala regionunda 1 hektar fındıq bağından orta hesabla 4 min manatlıq, Quba-Xaçmaz regionunda isə 4400 manatlıq məhsul toplamaq mümkündür. Aqrar sığorta haqqının hesablanması üçün bu məbləğ əsas götürülür.

Məhsuldarlıq göstəricisi və qiyməti nəzərə alaraq, 1 hektar fındıq sahəsinin orta sığorta haqqı Quba-Xaçmaz regionunda təqribən 60 manatdır. Bundan fermerin ödədiyi məbləğ 30 manat, dövlətin ödədiyi məbləğ 30 manatdır.

Orta sığorta haqqı Şəki-Zaqatala regionunda təqribən 128 manatdır. Bundan fermerin ödədiyi məbləğ 64 manat, dövlətin ödədiyi məbləğ 64 manat təşkil edir.

Hesablama ölkə üzrə orta statistik məlumatları nəzərə almaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığorta haqqı fərqli ola bilər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Qeyd edək ki, fermerlər və sahibkarlar Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsinə daxil olaraq buradakı Bitkiçilik üzrə sığorta kalkulyatoru və Heyvandarlıq üzrə sığorta kalkulyatoru vasitəsilə öz əkin sahələri və kənd təsərrüfatı heyvanlarının sığorta haqlarını özləri müstəqil şəkildə hesablaya bilərlər.

Xəbər lenti
0